-
- 6-10-2021, 15:16
- 3 012
80 yaşlı Flora Kərimova: "Son mahnımı elə Şuşam üçün oxuyacam" - FOTOLAR /VİDEO
"Musiqi insanı Tanrıyla danışdıran dilidir". Bunu kimin dediyini xatırlamıram, amma Flora xanımın ifasını dinləyəndə də bu deyimin doğru olduğunu düşünürəm. Məncə, səsləndirdiyi hər mahnı onun Tanrıyla söhbətidir. Keçmişini, gəlmişini, ağrıları, yaşantıları ona anlatmağıdır.
Bu günsə o, Tanrıya Şuşanı anladırdı. Ovqatıyla, "Ey Vətən" deməsiylə illər sonra torpağına ayaq basdığı Şuşasından danışırdı. İllərlə görmədiyi balası kimi bağrına basdığı torpağını, həsrətini çəkdiyi uşaqlığını, tez-tez onu kövrəldən xatirələrini...
Biz də ara-sıra onun bu söhbətini bölüb suallarımıza cavab almağa çalışdıq. Musiqidə anlatdıqlarını yazıya köçürdük.
News24.az üçün "Şərəf" ordenli Xalq artisti Flora Kərimovadan:
- Elə anlar olur ki, söz tapa bilmirsən. Birdən - birə zəngin Azərbaycan dili mənim üçün bağlanır. Hisslərimi çatdıra, ifadə edə bilmirəm. Şükürlər olsun, o günü gördüm, yaşadım. Şuşa torpağına ayaq basdım. Inanmırdım ki, oraları bir də görə bilərəm. Amma getdim, məhləmi gördüm. O boyda həyəti parça-parça bölüb yuva-yuva tikmişdilər. Çox pis oldum, ağladım. Mənə dedilər ki, o bədxahlar burada çox qala bilməyəcəklərini anlayırdılar. Ona görə həyət-bacanı bu günə salıblar. Amma ora ayaq basmaq möcüzə idi. Torpağımın, evimin, bacamın yenidən sahibi oldum. O torpaqda alnı açıq, qürurlu "mənimdir" dedim. Müharibə başlayanda dəniz kənarına çıxırdım, havam çatmırdı. İnsan bir nəsnəni özləməyəndə, önəmsəməyəndə onun yoxluğuna alışır. Bəzən mübarizə apara-apara o yoxluqla barışır. Amma mən barışa bilmirdim, dəli olurdum. Deyirdim, bu, axı, mənimdir. Ürəyimdə üsyan edirdim, "vermərəm" deyirdim. Amma inanmırdım. İnanmırdım, çünki onlar tək deyildilər. Arxalarında dayaqlı, sursatlı havadarları vardı. Yalan, məkr, iyrənc xasiyyətli mahiyyətləri vardı. Bunun hamısını gözə almaq, dəf eləməyi bacarmaq lazım idi. Hamısını öyrənib, xəritə cızmaq lazım idi. Çox şükür, biz bunu bacardıq. Qardaşımız Türkiyə də yanımızda oldu. O bədxahlar anladı ki, bu xalqı əzmək, tapdalamaq mümkün deyil. Gördülər ki, cavanlar ölümə növbəyə durub. Demirdilər, mən gedim, vuruşum, sağ qayıdım. Deyirdilər ki, gedim, ölüm, bayrağımın, torpağımın yiyəsi olum. "Məni elə öldüyüm torpaqda basdırsınlar" deyirdilər. Biz hamımız bu hissləri yaşadıq.
Mən iş sahibi olan insanlara yalvarıram. Bir əlimiz şəhid ailələrimizin üzərində olsun. Əgər dünya mənim oslaydı, bircə ünvan saxlayardım. Bütün dünyanı onlara bağışlayardım. Amma yaşadığım bir həyatım, bircə dənə də ünvanım var. Onlar da millətimə, şəhidlərimin ruhuna qurbandır.
- Dövlət başçımızın Sizə ayırdığı təqaüdü də üç qazimizə bağışladınız...
- Bu, mənim borcum idi. Ana kimi, insan kimi, vətəndaş və sənət adamı kimi... Çünki məni buna sövq edən, yol göstərən insanlar və onların fədakarlıqları var. Boyuna qurban olduğum cəsur oğullar var. Məni insan kimi yetişdirən, formalaşdıran təmənnasız sevgi göstərən xalqım var.
- Bir zamanlar haqqınız olan SSRİ Xalq artisti adını almaq üçün sizə şərtlər qoyulmuşdu. Siz də o şərtdə Ermənistanın adı olduğu üçün fəxri addan imtina etmişdiniz. Bu gün sinənizə taxılan “Şərəf” ordeni həm də o imtinalarınızın mükafatıdır...
- Bəli, SSR-i Xalq artisti adından heysiyyatıma, mahiyyətimə uyğun olmadığı üçün imtina etmişdim. Bəli, bu gün müstəqil Azərbaycanın, onun cəsur, vətənpərvər oğlunun- İlham Əliyevin məni layiq gördüyü ordeni sinəmdə qürurla daşıyacam. Belə yüksək təltifə layiq görüldüyüm üçün xoşbəxtəm. Ordeni yaxamdan düşürməyəcəm. Bəlkə də deyəcəklər, görməmişəm (gülür...) Qoy desinlər... Bəli görməmişəm. Mən millətimin, torpağımın yaxşılığın, övladlarımın görməmişiyəm.
- Şuşada konsert vermək istəyirsiniz?
- Əlbəttə istəyirəm. Vətən ətrlim, gözəlim Şuşada sevdiyim insanlar üçün oxumaqdan gözəl nə ola bilər? O torpağın havası da, suyu da insanı oxumağa, yaratmağa, vəsf eləməyə çağırır. Ruhumuzu musiqiyə, sözə kökləyir. Üzünə Şuşanın mehi dəyən hər kəs bir ağız muğam oxumamış ordan ayrılmaq istəmir. Ordakı çıxışım bəlkə də mənim ən böyük solo konsertim, o təbiət ən möhtəşəm səhnəm olar. Kim bilir, bəlkə də bu mənim son böyük çıxışım olacaq? Son mahnımı elə Şuşam üçün oxuyacam?!