Yazıçılar Birliyinin qurultayı gələn ilə qaldı - Eksklüziv
    • 6-10-2021, 11:55
    • 1 121

Yazıçılar Birliyinin qurultayı gələn ilə qaldı - Eksklüziv

Azərbaycan Yazıçılar Birliyinin (AYB) oktyabrda keçirilməsi nəzərdə tutulan qurultayının vaxtı yenə dəyişdirilib. 

Bunu News24.az-ın sualını cavablandıran Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar deyib.

AYB sədri bildirib ki, qurultay 2022-ci ilin yazında Şuşada keçiriləcək: "Artıq qurultayın vaxtı bəllidir. Növbəti ilin yazında Şuşada keçiriləcək".  

Xatırladaq ki, Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak edən Anar Prezident İlham Əliyevlə söhbətdə qurultayın oktyabr ayında Şuşada keçirilməsini istədiklərini bildirmişdi. Prezident İlham Əliyev təklifi razılıqla qarşılamışdı. 

Teymur Məmmədov