-
- 6-10-2021, 12:39
- 3 169
Şəhid bacısı: “Adi həyatda üç dəfə ölümdən dönüb, Qarabağ müharibəsində ŞƏHİD OLDU” - FOTO- VİDEO
30 illik Qarabağ yarasının məlhəmi olan qəhrəman şəhidlərimizdən biri də Hüseynli İlqardır.
News24.az xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərək vəzifə borcunu şərəflə yerinə yetirən İlqarın bu gün doğum günüdür.
Şəhidimizin bacısı Aybəniz Hüseynli qardaşı haqqında təəssüratlarını saytımıza bölüşüb.
O bildirib ki, İlqar Xudat şəhərində dünyaya göz açıb: “18 yaşına qədər təhsilini orada alıb. Daha sonra əsgərliyə yola düşüb. Hərbi xidmətdən sonra “Gizir hazırlığı kursu”na qəbul olub. Oranı da bitirdikdən sonra hərbi qulluçu kimi 25 il xidmət edib. Baş gizir, tank komandiri ixtisasında çalışıb”.
Aybəniz xanım qeyd edir ki, qardaşı 2020-ci ilin 27 sentyabrında Tərtər, Ağdərə, Suqovuşan istiqamətlərində əməliyyatlara qoşulub: “Yoldaşlarından aldığım məlumata görə, həmin gün çox sayda yaralını tibb məntəqəsinə çatdırıb və səngimədən döyüşə qayıdıb. Növbəti dəfə heyəti sağ çıxarıb irəli gedəndə minemyot qəlpəsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. 1 həftə neytral ərazidə qaldığı üçün 9 oktyabrda dəfn olunub, şəhid olduğu gün isə 27 sentyabrdır”.
Şəhidin bacısı İlqarın ailəli olduğunu deyib: “3 övladı var. 15 yaşlı böyük qızı ağır formada autizmdən əziyyət çəkir və nitq qabiliyyətini itirib. Böyük övladlarından sonra ailələrinə yeni nəfəs gəldi, əkiz oğlanları dünyaya göz açdı. Hər ikisinin hazırda 5 yaşları var”.
Onun sözlərinə görə, İlqar Hüseynlinin insani keyfiyyətləri o qədər yüksək olub ki, hələ də onu xatırlayan, yad edən iş yoldaşları hər gün ziyarətə gəlirlər: “Əsgər heyətinə qarşı ata, iş yoldaşlarına isə qardaş və dost olub. Bütün ömrünü şərəflə yaşadı. Həyatı, yaşamağı çox sevirdi, amma müharibəyə çəkinmədən, ürəklə getdi. Övladları ilə bağlı arzuları çox idi. Atalıq duyğusunu gec dadmışdı. İlqarın həyatında maraqlı məqam odur ki, bir neçə dəfə ölüm sınağından keçib. Yol-nəqliyyat hadisəsində avtomobili çilik-çilik oldu, ancaq oradan sağ çıxdı. Bir dəfə paltaryuyan maşını təmir edərkən yüksək voltlu cərəyan onu kənara çırpdı, ancaq yenə də sağ qaldı. Pnevmaniya olub, Hepatitə yoluxmuşdu. Müalicələrdən sonra sağaldı. Sanki qismətində şəhid olmaq yazılmışdı”.
Aybəniz xanımın sözlərinə görə, qardaşı texnikanı yaxşı bildiyi üçün ona hərbi hissədə “Kitay İlqar” ləqəbini qoymuşdular: “Qüsursuz xidmətlərinə görə, sağlığında 10 fəxri fərman və 7 medal almışdı. Şəhidlik məqamına çatandan sonra “Vətən uğrunda” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib”.
Allah rəhmət eləsin!