Qarabağdan Ermənistana köçən ermənilər etiraz aksiyası keçirir -
    • 6-10-2021, 16:40
    • 392

Qarabağdan Ermənistana köçən ermənilər etiraz aksiyası keçirir -

Qarabağdan Ermənistana köçən ermənilər hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.

News24.az
"Aysor.am"-a istinadən xəbər verir ki, etirazçılar hökumətə 45 gün əvvəl göndərdikləri məktuba hələ də cavab vermədiyini və Ermənistan hakimiyyətinin onların gələcək vəziyyətləri haqda nə düşündüyünü öyrənmək istəyirlər: “İlk növbədə, statusumuz məsələsi ilə maraqlanırıq. Biz məcburi köçkünük, amma Ermənistan vətəndaşı sayılmırıq. Bu gün kim olduğumuzu və statusumuzun nə olduğunu bilmirik. Məsuliyyətlərimiz var, amma heç bir haqqımız yoxdur. Tezliklə qış gələcək, amma mənzil məsələsində heç bir irəliləyiş yoxdur. İki aydır bizə heç bir sosial yardım verilməyib. Artıq maaş almırıq. İnsanlar gələcək talelərini bilmək istəyirlər".