Anar Kərimov Türkiyənin nümayəndə heyəti ilə görüşdü - FOTO
    • 7-10-2021, 17:50
    • 944

Anar Kərimov Türkiyənin nümayəndə heyəti ilə görüşdü - FOTO

Mədəniyyət naziri Anar Kərimov oktyabrın 7-də ölkəmizdə səfərdə olan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mədəniyyət Nazirliyindən News24.az-a verilən məlumata görə, qonaqları səmimi salamlayan A.Kərimov onlara oktyabrın 6-da Bakı Ekspo Mərkəzində açılışı baş tutan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştiraklarına görə təşəkkürünü bildirib.

Səmimi qəbula görə nazirə minnətdarlığını ifadə edən Ahmet Misbah Demircan da öz növbəsində Azərbaycana növbəti səfərinin əhəmiyyətindən danışıb.

Görüş zamanı iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra incəsənət, kino və nəşriyyat sahəsində birgə fəaliyyətin uğurla davam etdiriləcəyindən bəhs olunub.

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.