Tam peyvənd olunanların sayı 4 milyonu ötdü
    • 7-10-2021, 18:41
    • 339

Tam peyvənd olunanların sayı 4 milyonu ötdü

Azərbaycanda gün ərzində koronavirus əleyhinə 42 746 vaksin vurulub.

Bu barədə News24.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 573 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 8 884 266 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 850 515, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4 033 751 təşkil edir.