Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək
    • 10-10-2021, 11:00
    • 396

Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən, oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.

Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.