-
- 11-10-2021, 08:55
- 665
Yarıda qalan həyatlar, dağılan evlər - Ermənilərin Gəncədə törətdiyi terrordan 1 il ötür
Bu gün Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.
News24.az xəbər verir ki, ötən ilin 10 oktyabr tarixində imzalanmış atəşkəsdən sonra, yerli vaxtla 02:00-da Ermənistanın Berd rayonunda yerləşən Erməni Silahlı Qüvvələri Gəncəni Skad ballistik raketlərindən atəşə tutub. Raket insanlar yaşayan binaya tuş gəlib və onu tamamilə dağıdıb.
Qısa müddət sonra axtarış və xilasetmə komandaları hadisə yerinə çatıb. Hücum nəticəsində şəhərdəki infrastruktura mühüm ziyan dəyib.
Ümumilikdə, 31 mənzil tamamilə dağıdılıb, hadisə yerində və onun yaxınlığındakı obyektlərə və avtomobillərə ciddi ziyan dəyib.
Hücum nəticəsində 10 nəfər həlak olub,ə 40 nəfər yaralanıb.
Qurbanlar arasında qadınlar və uşaqlar da olub.