Sexdə ustanı cərəyan vurub öldürdü
    • 11-10-2021, 10:59
    • 292

Sexdə ustanı cərəyan vurub öldürdü

Sabunçu Rayon Prokurorluğu ustanın ölümü ilə bağlı məlumat yayıb

Prokurorluqdan News24.az-a verilən məlumata görə, oktyabrın 10-u saat 18 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən dəmirdüzəltmə sexində usta işləyən 1992-ci il təvəllüdlü Mahir Səmədzadənin iş yerində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.