Fazil Mustafa: "Kitab satışında ƏDV GÖTÜRÜLSÜN!” - VİDEO
    • 12-10-2021, 12:22
    • 760

Fazil Mustafa: "Kitab satışında ƏDV GÖTÜRÜLSÜN!” - VİDEO

“Ölkədə kitaba marağın artırılması çox vacibdir”.

News24.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu yaxınlarda Bakıda iki kitab sərgisi keçirilib: “Kitab sərgilərinə dövlətin böyük vəsait ayırmağına ehtiyac yoxdur. Sadəcə olaraq hökumət nəşriyyat evlərini müəyyən məkanla təmin etməlidir. Ayda beş gün də olsa, bu sərgilərin keçirilməsi məqsədəuyğun olar. Sərgidə diqqətimi çəkən məqam yüzlərlə insanın axın etməsi idi. Deməli, mütaliəyə maraq hələ də var. Çayxanalarda nərd taxta və ya domino arxasında vaxtını öldürən onminlərlə Azərbaycan vətəndaşının fonunda kitaba maraq göstərən insanları da gördük. 

Kitaba marağı stimullaşdırmaq üçün əlavə dəyər vergisinin götürülməsi istiqamətində bir neçə məsələ qaldırdıq. ƏDV bizdə 18 faizdir. Bundan əlavə 18 faiz də gömrük rüsumu nəzərdə tutulub. Kitabların qiymətinin baha olmasının əsas səbəblərindən biri də budur. Kitabın qiymətinin baha olmasının əsas səbəblərindən biri ƏDV-nin çox olmasıdır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bununla bağlı təkliflərini hazırlayıb, hökumətə təqdim edib. Ümumiyyətlə, bizdə bəzi kitabların qadağası mövcuddur, bu qadağa da götürülməlidir. Onsuz da bir çox kitabın elektron versiyası var”.