Fazil Mustafa: "Xidmət sektorları bazar günü də işləməlidirlər"
    • 5-03-2019, 13:06
    • 979

Fazil Mustafa: "Xidmət sektorları bazar günü də işləməlidirlər"

“Vacib xidmət sektorları həftəiçi istirahət günü elan etməklə bazar günü işləməlidirlər”.

News24.Az məlumat verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, elə xidmət sektoru var ki, vətəndaş üçün vacibdir, amma bazar günü işləmir: “Həmin qurum bazar günü işləmir, vətəndaş da ora bazar günü getmək istəyir. Çünki vətəndaş həftə içi - iş vaxtı bunu həll edə bilmir”.