Azərbaycan gömrükçüləri ölkə vətəndaşının gödəkçəsindən boş giliz və güllə aşkar edib
    • 20-11-2018, 15:58
    • 723

Azərbaycan gömrükçüləri ölkə vətəndaşının gödəkçəsindən boş giliz və güllə aşkar edib

Gürcüstan istiqamətindən Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal piyada keçidinə daxil olan Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən verilən məlumata görə, vətəndaşın gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Sorğu-sual zamanı vətəndaş gödəkçəsinin cibində təsbeh olduğunu bildirib.
Yoxlama zamanı isə, gödəkçənin sol üst cibindən, üzərində "YVX 9P 16" yazısı olan üç ədəd boş giliz və bir ədəd üzərində "SB 14 9P" yazısı olan güllə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

//Report