Seyfəli poliqonunda baş verən partlayışların səbəbi bəlli oldu
    • 13-10-2021, 15:22
    • 300

Seyfəli poliqonunda baş verən partlayışların səbəbi bəlli oldu

"Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir".

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırıb və bildirilib ki, narahatlığa heç bir əsas yoxdur.