-
- 16-06-2021, 16:19
- 961
Media ilə bağlı yeni qanun layihəsi hazırlanır
Bu gün Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyi va ADA Universiteti İxtisasartırma Proqramlarının birgə təşkilatçiliği ilə "Mediada islahatlara doğru" adlı silsilə seminarlar keçirilir.
News24.az-ın məlumatına görə, seminarda Medianin inkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva və bir çox media qurumlarının təmsilçiləri iştirak edir.
Seminarda "Media haqqında" qanun layihəsi: yeni imkanlar və istiqamətlər, müasir media mühitinə baxış, mediada gündəmin qurulması, jurnalistika və ictimai əlaqələrin kəsişməsi, ənənəvi və sosial mediada jurnalistika mədəniyyəti, dəyərlər, etik yanaşmalar və demokratiya kimi məsələlər diqqətə çatdırılacaq.
Medianın İnkişafı Agentliyinin kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva saytımıza açıqlamasında bildirib ki, seminarın üçüncü günündə ikinci qrup media nümayəndələri qoşulublar: "Buraya çap, "onlayn" media və internet televiziyaların təmsilçiləri daxildir. Seminarın əsas məqsədi müasir media mühitinə birgə nəzər salıb, innovativ təcrübələri araşdırıb, eyni zamanda, mövcud nəzəriyyəyə uyğun olaraq ölkədə media sahəsində aparılan islahatlar prosesinə təkan verməkdir. İyunun 14-dən iyulun 14-dək davam edəcək seminarlarda 75 media qurumunun rəhbər üzvləri iştirak edəcək. Bununla yanaşı, seminarda xarici mütəxəssislərin də iştirakı nəzərdə tutulub. Bu gün media nümayəndələri ilə birgə yeni qanun layihəsi ətrafında müzakirələr apardıq. Qanun layihəsinin əsas məqsədi bütün media subyektlərin, eləcə də yeni yaranmış onlayn media qurumlarının fəaliyyətlərinin və hüquqlarının müəyyən olmasıdır".