Füzulidə erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi
    • 14-10-2021, 16:20
    • 467

Füzulidə erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirilib.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Oktyabrın 14-də Füzuli rayonu istiqamətində kəşfiyyat məqsədilə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter aşkar edilərək ələ keçirilib.