İsmayıllıda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası - FOTOLAR

İsmayıllıda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası - FOTOLAR
SOSİAL

14-10-2021, 19:02

Mətn ölçüsü

Oktyabrın 14-də İsmayıllı rayonuna təşkil edilən mediatur çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyası keçirilib.

News24.az xəbər verir ki, əvvəlcə İsmayıllıda ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Mediatur iştirakçıları Şəhidlər Xiyabanını, həmçinin İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi, şəhid Famil Əhmədzadənin məzarını da ziyarət ediblər.

Daha sonra İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin həyətində Şəhidlər abidəsi ziyarət edilib və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən, Zəfər Gününə həsr olunan “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyası həyata keçirilib.

Mediatur İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində iştirak edən təhsil işçiləri ilə görüşlə davam edir.