-
- 15-10-2021, 10:47
- 361
Balakəndə qanunsuz ağac kəsən sahibkara CİNAYƏT İŞİ açıldı
Paytaxtın Binəqədi rayonu ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatı əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qalid Ağalarovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində ona məxsus mebel sexində, eləcə də, Balakən rayon sakini Ramiz Seyidovun idarə etdiyi yük avtomobilində “Meşə məhsullarının buraxılış orderi”- meşə bileti olmadan işlik material şəklində qanunsuz kəsilən fıstıq və qoz cinsindən olan ağaclar aşkar edilib və bunun nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 39 min manat məbləğində ziyan vurulub.
Bundan başqa, Zaqatala rayonu Makov kənd sakini Muhuma Qardaşovun 2020 və 2021-ci illər ərzində faktiki olaraq cəmi 3 ədəd “Meşə məhsullarının buraxılış orderi” əsasında meşədən işlik material gətirməsinə baxmayaraq, Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilərək, Mohuma Qardaşovun adına 12 ədəd əlavə order yazılaraq 110 m3-dən çox məhsulunun meşədən çıxarılması müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması İstintaq idarəsinə həvalə edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.