Ruhi Əliyeva 100 manata "Sədərək”dən nələr aldı? - VİDEO
    • 15-10-2021, 11:33
    • 919

Ruhi Əliyeva 100 manata "Sədərək”dən nələr aldı? - VİDEO

Hər zaman dəblə görünməyi sevən,  dünyaca məşhur markaların alıcılarından olan iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva bu dəfə fərqli ortamda kamera qarşısına keçib.  

News24.az xəbər verir ki, biznes leydi OLAY üçün bu dəfə “Sədərək” Ticarət Mərkəzində alış-veriş edib.  

R. Əliyeva onun üçün  ayrılan 100 manatlıq büdcə ilə özünə geyim, çanta və ayaqqabı almaq məcburiyyətində qalıb. 

İş xanımı dəfələrlə büdcənin artırılmasını istəsə də, OLAY heyəti təklifi qəbul etməyib.  Bununla da, Ruhi Əliyeva 100 manatla sınağa çəkilib.  
Onun satıcılardan endirim istəməsi, müştərilərlə səmimi dialoqu, şoppinq zamanı üzləşdiyi çətinliklər kameralarda əks olunub.  

OLAY-ın  Ruhi Əliyeva ilə “Sədərək”də hazırladığı reportajı təqdim edib: