Ağdərədə zabit əsgəri zorlayıb və cəzasız qalıb
    • 21-11-2018, 10:11
    • 1 275

Ağdərədə zabit əsgəri zorlayıb və cəzasız qalıb

Qarabağdakı işğalçı erməni silahlı birləşmələrində Ermənistandan olan çağırışçılara qarşı müntəzəm xarakter almış zorakılıq faktlarından daha biri ictimaiyyətə məlum olub. Erməni KİV-ləri xəbər verir ki, işğal altındakı Ağdərə rayonu əfrazisində dislokasiya olunmuş hərbi hissələrdən birində zabit Q. Yerevandan hərbi xidmətə çağırılmış əsgər K.-nı elə xidmətin ilk günlərindən müntəzəm olaraq döyüb və zorlayıb.

Əsgərin müntəzəm döyülməsi və zorlanması barədə fakt bu ilin yanvar ayında K.-nın anasına və hərbi hissənin komandirinə məlum olub. Ermənistan İstintaq Komitəsinin üçüncü qarnizon istintaq şöbəsində əsgər K.-ya qarşı seksual xarakterli zorakılıq əməli ilə bağlı cinayət işi qaldırılıb. Lakin cinayət işi formal xarakter daşıyıb. Zabit Q.-ya qarşı heç bir istintaq tədbiri həyata keçirilməyib və o, hərbi hissədə sərbəst hərəkətini davam etdirib. Əlbətdə, əsgəri döydüyünü və zorladığını inkar edib.

Üstəlik bir neçə ay sonra əsgər K.-nın özünə qarşı zabitə böhtan atmaq ittihamı ilə cinayət işi qaldırıblar. Onu hərbi polisdə saxlayıblar və məcbur ediblər ki, zabitə böhtan atdığı barədə ifadə versin. Məhkəmədə əsgər bu ifadəsindən imtina edib. Beləliklə K.-nın Qarabağda xidməti əsl dəhşətə çevrilib.

İlkin istintaq mərhələsində əsgərin vəkili onu yeni seksual zorakılıqlardan, təzyiq və təhdidlərdən qorumaq üçün çalışıb. Anası isə əsgərin Ermənistandakı hərbi hissələrdən birinə dəyişdirilməsi uğrunda mübarizəyə başlayıb. Lakin nə Ermənistan Müdafiə Nazirliyi, nə qondarma “dqr müdafiə nazirliyi” bu müraciətlərə cavab verməyiblər.

Nəhayət iki həftə əvvəl əsgərin xidmət yerini dəyişdiriblər və Madagis yaxınlığında yerləşən hərbi hissəyə keçiriblər. Lakin həmin hərbi hissə də əsgərin bundan əvvəl xidmət etdiyi hərbi hissə ilə birlikdə eyni birləşməyə-10-cu dağ atıcı diviziyasına tabedir. Nəticədə K.-nın vəkili Ayarpi Sərkisyan prokurorluğa müraciət edərək xəbər verib ki, əsgərin yeni xidmət yeri də Ağdərə yaxınlığında yerləşir və onu zorlayan zabitin bu hərbi hissəyə daxil olmaq imkanı var. Əgər zabitin əsgəri zorladığı sübut olunsa onu nəinki həbs cəzası gözləyir, eləcədə gələcək kamera yoldaşları onun özünə qarşı “kobud münasibət” bəsləyəcəklər. Bu baxımdan vəkilə görə zabit Q. əsgərə qarşı yeni təzyiqlərə və zorakılıqlara əl ata bilər.

Hərbi prokurorluq da noyabrın 3-də əsgərin 33651 nömrəli hərbi hissədən başqa hərbi hissəyə keçirilməsi barədə “müdafiə naziri” Levon Mnatsakanyana məktub yazıb. Lakin bu məktuba məhəl qoyulmayıb. Eləcə də Ermənistan Müdafiə Nazirliyi zorlanan əsgərin taleyinə biganədir.
Bu gün Xankəndi “məhkəməsində” zorlanan əsgərin işi üzrə məhkəmə işi davam edəcək.

//Virtualaz.org