-
- 15-10-2021, 17:29
- 935
"Ağır döyüşə gedirəm, yəqin dönməyəcəm"- Şəhid müəllimin SON SÖZÜ - FOTO/VİDEO
"Mənim şagirdlərim ordadır, onların yanına getməliyəm".
Şəhidlik zirvəsinə ucalan 23 ilin tarix müəllimi Famil Əhmədzadə ötən il bu cümlələri deyərək Vətən Müharibəsinə yollanıb. Onun ən ümdə arzusu şagirdlərinin yanına qəhrəman kimi qayıtmaq olub, amma o tarixə şəhadətliyi ilə də düşən tarix müəllimi kimi düşüb.
"Döyüşlər başlayanda könüll olaraq baş leytenantda olan ehtiyatda olan zabit kimi ordu sıralarına qoşulub və ön cəbhəyə yollandı. Bu gün onun haqqında keçmiş kimi danışmaq mənə çox çətindir. Bizə onun şəhidlik xəbərini elə ötən ilin bu günü verdilər. Qırmızı diplomla qurtarmışdı, öz xoşu ilə getdi və şəhid oldu. Qardaşına demişdi ki, çox ağır döyüşə gedirik və çox ehtimal ki, bu döyüşdən biz qayıtmayacağıq".
Bu cümlələr şəhidin əmisi Laçın Əhmədova məxsusdur. Deyir onun fikri müharibəyə gedib qayıtdıqdan sonra o şanlı tarixi kitaba köçürmək istəyi idi.
Şəhidin həyat yoldaşı Vüsalə Əhmədzadə qeyd edib ki, o müəllim adının yanına daha bir müqəddəs ad əlavə etdi - Şəhid müəllim adı: "Onunla bu gün bütün Azərbaycan xalqı fəxr edir. Famil həm müəllim, həm də qələmini silaha dəyişən zabit kimi tələbələriylə çiyin-çiyinə döyüşən bir şəxsiyyət oldu. O, öz şagirdlərinə bir örnəkdir. O mənim yuxularıma gəlməsəydi, mən dözə bilməzdim. Onun bir övladı var və hər dəqiqəsini onunla alırdı. Övladına da deyirdi ki, hər şeyə hazır olmaq lazımdır. O dedi mən həm övladımın, həm də şagirdlərimin yerinə gedirəm. Qəhrəman və qalib ordunun şəhidi oldu, Famil müəllim. Onun bir arzusu var idi - şagirdlərinin yanına qəhrəman kimi qayıtmaq. Amma o şəhid oldu, müqəddəs şəhidlik zirvəsinə ucaldı".
Qeyd edək ki, Famil Əhmədzadə 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində oktyabrın 14-də şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Ülkər Qasımova
Video/ Nicat Niftəliyev
İsmayıllı