-
- 14-10-2021, 19:07
- 657
Döyüş meydanında dərs keçən ŞƏHİD MÜƏLLİM FAMİL ƏHMƏDZADƏ
Təhsil nazirinin müavini Firudin Qurbanov, mətbuat nümayəndələri İsmayıllıya mediatur çərçivəsində 44 günlük Vətən müharibəsində şəhid olan şəhərin 3 nömrəli məktəb-liseyinin tarix müəllimi Famil Əhmədzadənin ailəsini ziyarət edib.
News24.az-ın məlumatına görə, bu gün F. Əhmədzadənin şəhidlik zirvəsinə ucalmasından 1 il ötür.
Şəhidin ailə üzvləri ilə görüşən nazir müavini F.Qurbanov xatırladıb ki, Vətən müharibəsində 20 təhsil işçisi qəhrəmancasına vuruşaraq şəhid olub: "Şəhid müəllim bütün ölkə vətəndaşlarının, eləcə də, ailə üzvləri və şagirdlərinin başını uca etdi. Özündən sonra tarix yazıb gedən qəhrəman müəllim daim xatirələrdə qalacaq".
Ailə üzvləri şəhidin həyatından, müəllimlik fəaliyyətindən bəhs ediblər.
Qeyd edək ki, F.Əhmədzadə ötən ilin oktyabr ayının 14-də Suqovuşan istiqamətdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.