Tərtər sakini güllələnərək öldürüldü
    • 18-10-2021, 19:03
    • 308

Tərtər sakini güllələnərək öldürüldü

Oktyabrın 18-si saat 17 radələrində Tərtər rayonu Yuxarı Qapanlı kənd sakini 1986-cı il təvəllüdlü Murad Balacayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Tərtər rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1995-ci il təvəllüdlü Ziyadxan Aslanovun aralarında yaranmış mübahisə zamanı Murad Balacayevə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Ziyadxan Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.