Tibbi maska istehsalı 83 faiz artıb
    • 19-10-2021, 12:14
    • 313

Tibbi maska istehsalı 83 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 23,2 milyon tibbi maska istehsal edilib.

Bu barədə News24.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 82,7 faiz çoxdur.

Oktyabrın 1-nə ölkədə 1,2 milyon ədəd hazır məhsul ehtiyatı olub.