Kabildə qadınlar aksiya keçirir
    • 21-10-2021, 14:02
    • 378

Kabildə qadınlar aksiya keçirir

Kabildə qadınlar Xarici İşlər Nazirliyinin binası yaxınlığında etiraz aksiyası keçiriblər.

News24.az xəbər verir ki, "Taliban" üzvləri nümayişçiləri ərazidən uzaqlarışdırarkən jurnalistləri döyüb. 

Qeyd edək ki, daha əvvəl "Taliban" qadın hüquqlarının İslam qanunları çərçivəsində təmin ediləcəyinə söz vermişdi və müvafiq qaydalar hazırlayacağını bildirmişdi. Lakin indiyə qədər verilən vədlər yerinə yetirilməyib və qadınlar Əfqanıstanın bir neçə şəhərində dəfələrlə nümayişlər keçirərək, yeni hakimiyyəti öz hüquqlarına hörmət etməyə, hökumət və yerli hakimiyyət orqanlarında təmsil olunmalarını təmin etməyə çağırıblar.