Kabil qadınlar etiraz aksiyası keçirdi
    • 8-09-2021, 11:51
    • 448

Kabil qadınlar etiraz aksiyası keçirdi

Kabildə qadınlar etiraz aksiyası keçiriblər. 

News24.az xəbər verir ki, etirazçılar səkkiz aylıq hamilə ikən Qor əyalətində öldürülən qadın həbsxana zabiti Negar Masuminin portreti olan plakatlar daşıyıblar. 

Aksiya iştirakçıları həmçinin yeni hökümətdə qadınların iştirakını tələb ediblər. 

Qeyd edək ki, "Taliban" sözçüsü Masuminin hərəkat üzvləri tərəfindən öldürülmədiyi açıqlanıb.  Eyni zamanda da ötən gün açıqlanana müvəqqəti hökümət üzvləri arasında qadınlara yer verilməyib.