Azyaşlı oğlunun yanında həyat yoldaşını bıçaqlayıb öldürdü
    • 25-10-2021, 16:13
    • 378

Azyaşlı oğlunun yanında həyat yoldaşını bıçaqlayıb öldürdü

Xəbər verildiyi kimi, 30 iyul 2021-ci il tarixdə 1975-ci il təvəllüdlü Nailə Əliyevanın evə gedərkən küçədə öldürülməsi faktı ilə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb. 

Binəqədi rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, istintaqla müəyyən ediib ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elçin Ələkbərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nailə Əliyevanı qəsdən öldürülüb. 

Elçin Ələkbərov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər  Məhkəməsinə göndərilib.