Azərbaycanlı həbçilər daha bir ermənini Gorus-Qafan yolunda cərimələdi
    • 28-10-2021, 12:20
    • 418

Azərbaycanlı həbçilər daha bir ermənini Gorus-Qafan yolunda cərimələdi

Gorus-Qafan yolunda daha bir erməni Azərbaycan hərbçiləri tərəfindən cərimələnib.

News24.az "Hraparak"a istinadən xəbər verir ki, həmin şəxs Gorus-Qafan yolunun Azərbaycanın nəzarətinə olan hissəsindən keçərkən “Xoş gəlmisiniz, Azərbaycan” yazısı olan plakatın fotosunu çəkib.

Bu zaman Azərbaycan hərbçiləri maşını saxlayıblar və bildiriblər ki, Azərbaycan qanunlarına görə əcnəbi vətəndaşlara keçid məntəqələrində şəkil çəkdirmək qadağandır. 

Bildirilir ki, onlar 100 min dram (358 manat)  məbləğində cərimə olunublar.

Danışıqlar nəticəsində razılıq əldə olunub və cərimə olunan şəxs çəkdiyi fotonu silərək yoluna davam edib.