Parlament 18 Oktyabrla bağlı layihəni QƏBUL ETDİ
    • 29-10-2021, 12:18
    • 595

Parlament 18 Oktyabrla bağlı layihəni QƏBUL ETDİ

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

News24.az xəbər verir ki, dəyişikliyə əsasən bayram günü elan edilən 28 May - Müstəqillik Günü qeyri-iş günü, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü iş günü hesab olunacaq.

Bildirilib ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunub. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Əmək Məcəlləsinə dəyişiklik isə uyğunlaşdırma xarakteri daşıyır.

Müzakirələrdən sonra Əmək Məcəlləsinə təklif olunan dəyişiklik qəbul edilib.