Ağsuda dövlət qurumunun binası QƏSDƏN YANDIRILDI
    • 30-10-2021, 13:39
    • 365

Ağsuda dövlət qurumunun binası QƏSDƏN YANDIRILDI

Ağsuda Avtomobil Yolları Dövlət Agentliyinin Yol İstismar İdarəsinə məxsus inzibati binada yanğın olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində sentyabrın 30-da saat 3 radələrində şəhər ərazisində yerləşən Avtomobil Yolları Dövlət Agentliyinin Yol İstismar İdarəsinə məxsus inzibati binada yanğın törətməklə əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Qaraqaşlı kənd sakini F.Əsgərov müəyyən edilərək saxlanılıb.