-
- 30-10-2021, 21:09
- 1 406
Atalığı tərəfindən təcavüzə uğrayan 11 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR - VİDEO
Atalığının təcavüzünə məruz qalan və 11 yaşında uşaq dünyaya gətirən qızcığazın yaşadıqları hər kəsi dəhşətə gətirib.
Dünəndən ölkə gündəmini silkələyən olaya hər kəs bir cür şərh verir.
Azərbaycan Uşaqlar Birliyi - Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə News24.az-a açıqlamasında baş verənlərdə yalnız uşağa təcavüz edən atalığın deyil, qızının yaşadıqlarından xəbərsiz olan, ona sahib çıxmağı bacarmayan ananın da məsuliyyət daşıdığını bildirib.
O, qeyd edib ki, məhz bu səbəbdən azyaşlı bir dəfə deyil, dəfələrlə təcavüzə məruz qalıb: “Bunu həkimlər daha dəqiq deyə bilər. Amma əminəm ki, müayinələrdə sübut olunacaq ki, uşağa bir dəfə təcavüz olunmayıb. Bu, bir dəfənin deyil, dəfələrlə olunan təcavüzün nəticəsidir. Buna oxşar hadisə ilə daha öncə də rastlaşmışam”.
Reinteqrasiya Mərkəzinin sədri hesab edir ki, belə cinayət törədənlərə qarşı ən sərt cəzalar tətbiq olunmalıdır: “Belə cinayətlər törədənlər, uşaqlara təcavüz edənlər ömürlük həbsə məhkum edilməlidirlər”.