Hərbi vəzifəlilər praktiki atışlar yerinə yetirdilər - VİDEO
    • 1-11-2021, 17:22
    • 483

Hərbi vəzifəlilər praktiki atışlar yerinə yetirdilər - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, plana uyğun olaraq ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif çaplı silahlardan təyin olunan hədəflərə atışlar icra ediblər.

Toplanışda qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.