Bakıda ər arvadının başına çəkiclə zərbələr endirib onu...
    • 3-11-2021, 10:28
    • 259

Bakıda ər arvadının başına çəkiclə zərbələr endirib onu...

25 oktyabr 2021-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbə sakini 1969-cu il təvəllüdlü Gülnarə Namazovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi Rayon Prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin əri 1957-ci il təvəllüdlü Sərdar Namazovun  şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vurvaraq onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Sərdar Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.