Pakistanda avtobus qəzaya uğradı - Çox sayda sərnişin öldü
    • 3-11-2021, 13:45
    • 349

Pakistanda avtobus qəzaya uğradı - Çox sayda sərnişin öldü

Pakistanda sərnişin avtobusunun dərəyə aşması nəticəsində 23 nəfər ölüb.

News24.az xəbər verir ki, qəza avtobus Azad Cammu Kəşmirdən Ravalpindi şəhərinə hərəkət edən zaman Pallandri bölgəsində baş verib.

Hazırda qəzanın səbəbi bəlli deyil. 

Ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.