-
- 3-11-2021, 14:02
- 676
Tərtərdə ermənilərin dağıtdığı məktəb BƏRPA OLUNDU - AÇILIŞ - FOTO
Bu gün Tərtər şəhərində Dağıstan Əzizov adına Şıxarx kənd 1 nömrəli tam orta məktəbinin açılışı keçirilib.
News24.az-ın Tərtərə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, sözügedən məktəb 1993-cü ildə fəaliyyətə başlayıb. Lakin 44 Günlük Vətən Müharibəsində bu məktəb erməni vandalizminin hədəfi olub. Məktəb ərazisinə ilk mərmi ötən il sentyabrın 29-da atılıb. Beləliklə, tamamilə yararsız hala düşüb.
Məktəbin açılışında təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov, Tərtər şəhərinin icra başçısı Müstəqim Məmmədov, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
Təhsil nazirinin müşaviri Elnur Əliyev çıxış edərək bildirib ki, 44 günlük Vətən Müharibəsində Tərtər böyük qəhrəmanlıq göstərib: "Bu gün Vətən Müharibəsinin zəfərini qeyd edirik. Erməni vandallığından xilas olub, yenidən bərpa olunan bu məktəb artıq şagirdlərin ixtiyarına verildi. Şagirdlərimiz üçün dəhşətli günlər geridə qaldı".
Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov qeyd edib ki, bu gün əlamətdar bir gündür: “Digər rayonlarımız kimi, bu zəfərdə Tərtər əhalisinin də birliyinə, cəsurluğuna şahid olduq. Eyni zamanda bu haqq savaşında şəhidlik zirvəsinə ucalanlar arasında Tərtərin təhsil işçiləri də var. Bərpa olunan bu məktəblərə qədəm qoyacaq şagirdlər onların qəhrəmanlığını heç vaxt unutmayacaqlar”.
Şıxarx kənd 1 nömrəli tam orta məktəbin direktoru Ramil Ağayev isə deyib ki, biz bu zəfəri öz qanları və canları ilə mübarizə aparan igidlərin hesabına qazandıq: “İstər şagirdlərin, istərsə də müəllimlərimizin yaddaşında bu tarix heç vaxt unudulmayacaq. Əminəm ki, bu məktəbdə təhsil alacaq şagirdlər qəhrəmanlarımızı örnək bilib, onlar qədər vətənpərvər və torpağa bağlı yetişəcəklər”.
Tədbirdə “Qanun” Nəşrlər Evinin direkoru Şahbaz Xuduoğlu "Polad Generalımız" kitabını şagirdlərə hədiyyə edib.
Daha sonra Tərtər rayonu Şıxarx kənd modul tipli məktəbin açılışı olub. Məlumat verilib ki, məktəb modul tipli olmaqla 12 otaqdan ibarətdir. 80 şagird üçün nəzərdə tutulub və 22 müəllim çalışır.
İstifadəyə verilən məktəbdə hər sinif otağı bir şəhidin adına verilib.
Sözügedən məktəbin həyətində Təhsil Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilən, Zəfər Gününə həsr olunan "Zəfərdən yaşıl düşüncəyə" adlı ağacəkmə aksiyası çərçivəsində ağaclar əkilib.
Ülkər Qasımova
FOTO: Nicat Niftəliyev