-
- 3-11-2021, 19:31
- 463
"Müharibədə 60-a yaxın məktəbə ZİYAN DƏYDİ" - Nazirlik AÇIQLADI
"Müharibə dövründə ciddi zərər dəymiş məktəblərin yeniləri ilə əvəzlənməsi və ya əsaslı təmir bərpa işlərinin aparılması üçün layihə sənədləri hazırlanır. Yaxın müddətdə işlərə başlanılacaq".
News24.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.
Nazirlik rəsmisi bildirib ki, ümumilikdə müharibə dövründə 60-a yaxın məktəbə ziyan dəyib: "Həmin məktəblər üzrə zərərlərin miqyası fərqlidir. Bir il ərzində bərpa oluna biləcək məktəblərdə işlər yekunlaşıb. Hazırda onlarda tədris davam edir. Ancaq bəzi məktəblərə dəymiş zərərin həcmi böyükdür.
Buna görə də bəzilərində bərpa işi görmək mümkünsüzdür və yenisi tikilməlidir. Bununla bağlı Prezidentin sərəncamı da var. Həmin məktəblərin layihəsi və sənədləri işlənilir. Yaxın zamanda ya onların yerində yeni binanın tikilməsi, ya da əsaslı təmir-bərpa işlərinin görülməsi nəzərdə tutulur".
Ülkər Qasımova