-
- 3-11-2021, 17:54
- 927
Noyabrın 8-də MƏKTƏBLƏR BAĞLANIR? - Nazirlikdən AÇIQLAMA
“Şagirdlərin məcburi vaksinasiyası ilə bağlı göstəriş yoxdur. Təhsil Nazirliyi vaksinasiyanı sadəcə tövsiyə edir”.
Bunu News24.az-a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.
Orxan Abbasov bildirib ki, bu günə kimi 12 yaşdan yuxarı hər hansı şagirdin vaksin olunmadığına görə, dərsə buraxılmaması ilə bağlı bir fakt yoxdur: “Müəllimlər xəstəliyi səbəbindən tibbi arayış təqdim etməklə dərslərdə iştirak etməyə bilər. Bu halda həmin müəllimi həmkarı əvəz edir. Eyni hal koronavirusa yoluxan müəllimlərə də şamil edilir. Həmin müəllimlərin əmək haqqı heç bir halda kəsilə bilməz. Bütün sinif distant təhsilə keçdikdə isə müəllim onlayn formada dərslərini keçir və əmək haqqını kəsintisiz alır. Məktəblərin bağlanması ilə bağlı xüsusi çətinlik yoxdur. Kritik vəziyyət olduqda isə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək”.
Ülkər Qasımova