"Bakı və rayon məktəblərinin dərs keyfiyyətində FƏRQ YOXDUR
    • 3-11-2021, 18:43
    • 450

"Bakı və rayon məktəblərinin dərs keyfiyyətində FƏRQ YOXDUR" - Nazirlik rəsmisi

“Təhsil Nazirliyi tərəfindən repetitor fəaliyyəti ilə bağlı heç bir məhdudiyyət yoxdur. Valideynlər uşaqlarını repetitor yanına ona görə qoymurlar ki, müəllimlərə inanmırlar”. 

Bunu News24.az-a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

Orxan Abbasov qeyd edib ki, istər rayonlardakı, istərsə də paytaxtdakı təhsil ocaqlarında dərslər yüksək səviyyədə tədris olunur və ayrılan dərs saatları da buna imkan verir: “Ona görə də bölgə məktəbləri ilə Bakı məktəblərinin dərs keyfiyyətində fərq yoxdur”. 

Ülkər Qasımova