-
- 23-11-2018, 09:59
- 1 129
İran vətəndaşlarının daxili orqanlarında Azərbaycana narkotik keçirməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini davam etdirir.
DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, noyabrın 19-da “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana gələn İran vətəndaşları - 1991-ci il təvəllüdlü Zahareh Chin Yavər Chaparın və 1992-ci il təvəllüdlü Ghahremani Moglanlov Mehdinin üzərinə sərhəd və gömrük baxışı keçirilib, hər iki İran vətəndaşı daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olunduğuna görə saxlanılıb.
Noyabrın 20-də həyata keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu Qaravuldaş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz tapılan 1 ədəd bağlamada 990 ədəd “Metadon” psixotrop həb, 655 qram marixuanaya və 505 qram prekursora bənzər maddə aşkar edilərək götürülüb.
Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
//Report