Uşaq dünyaya gətirən 11 yaşlı qızın qardaşı müəssisəyə yerləşdirildi
    • 4-11-2021, 15:57
    • 1 648

Uşaq dünyaya gətirən 11 yaşlı qızın qardaşı müəssisəyə yerləşdirildi

"Zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın qardaşı da müəssisəyə yerləşdirilib".

News24.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov deyib.

M.Həşimovun sözlərinə görə, o, artıq agentliyin müvafiq müəssisəsindədir: "Azyaşlı Sosial Xidmətlər Agentliyi ilə aidiyyati dövlət orqanları və İmişli Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində, sığınacağa yerləşdirmə qaydalarına uyğun olaraq müəssisəyə gətirilib. Onun da psixo-sosial vəziyyəti qiymətləndirildikdən sonra reabilitasiyası istiqamətində fəaliyyətə başlanacaq".