Əfqanıstanda ailələr aclıqdan ölməmək üçün övladlarını satır - FOTO
    • 23-11-2018, 11:07
    • 756

Əfqanıstanda ailələr aclıqdan ölməmək üçün övladlarını satır - FOTO

Əfqanıstanda  davam edən quraqlıq və aclıqda hər şeyini itirən ailələr, qorxunc bir seçim etmək məcburiyyətində qalır. News24.az xəbər verir ki,  bəzi valideyinlər aclıqdan ölməmək üçü övladlarını satır.

Ya aclıqdan öləcəklər, ya da, övladlarını tanımadıqları varlı insanlara satacaqlar. Çətin qərar olsa da, bir çox valideyin ikincini seçir. Satılan bir uşağın dəyəri isə 3 min dollardır.

Əfqanıstanlı bir qadın verdiyi müsahibədə 6 yaşındakı qız uşağını necə satdığından danışıb : “ Ərimi müharibədə itirdim. 3 övladım var. Onların qarnını doyura bilmək üçün, 6 yaşındakı qızımı 10 yaşında oğlanla evləndirmək üçün 3 min dollara satdım. Amma sadəcə 70 dollar qazandım. Qızım onu satdığımı bilmir, necə bilsin ki? O hələ uşaqdır. Başqa çarəm yox idi.”

Şəlalə AĞAYEVA