Bakıda Zəfər Günü münasibətilə avtomobillərin yürüşü keçirildi- FOTOLAR
    • 7-11-2021, 14:31
    • 502

Bakıda Zəfər Günü münasibətilə avtomobillərin yürüşü keçirildi- FOTOLAR

Bu gün Bakıda Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “Vintage Garage” və “Klassik Avtomobillər Klubu”u Zəfər Günü münasibətilə klassik avtomobillərin yürüşünü təşkil edib.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüşdə 1980-ci ilədək istehsal olunmuş avtomobillər iştirak edib.
Ordumuzun şanlı qələbəsini klassik avtomobillərlə qeyd edən yürüş sakinlər tərəfindən maraqla qarşılanıb. /Trend/