İranda 126 nəfər koronavirusdan ölüb
    • 7-11-2021, 16:12
    • 439

İranda 126 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 126 nəfər koronavirusdan (COVID-19) ölüb, 7 554 nəfər yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 127 299 nəfərə,

yoluxanların sayı isə 5 987 814 nəfərə çatıb. Virus daşıyıcılarından 3 687 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 601 764 nəfər koronavirusdan sağalıb, 36,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 94,2 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 55,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 179 min təşkil edir. /Trend/