Zəfər uğrunda canından keçən şəhidlərin ruhuna BÖYÜK EHTİRAMLA - Fotolar/ Video
    • 8-11-2021, 10:38
    • 508

Zəfər uğrunda canından keçən şəhidlərin ruhuna BÖYÜK EHTİRAMLA - Fotolar/ Video

Bu gün Zəfər Günü ilə əlaqədar İkinci Fəxri  Xiyabanına ziyarətçi axını var.

News24.az
xəbər verir ki, şəhid ailələri, hərbçilər, polislər, ictimaiyyət nümayəndələri İkinci Fəxri Xiyabanına üz tuturlar.

Ziyarətçilər şəhidlərimizin ruhuna dualar oxuyub, məzarlarına gül dəstələri qoyurlar.

Qeyd edək ki, ziyarət əsnasında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra isə Dövlət Himni səsləndirilib.