Tovuzda bəy və gəlindən toy günü İBRƏTAMİZ ADDIM – FOTO
    • 1-11-2021, 10:51
    • 621

Tovuzda bəy və gəlindən toy günü İBRƏTAMİZ ADDIM – FOTO

Tovuz rayonunda bəy və gəlin öz toyları günü rayon mərkəzindəki şəhidlər xiyabanını ziyarət edib.

News24.az-ın məlumatına görə, gənc cütlük şəhidlərin ruhuna dualar oxuyub, Vətən uğrunda canını fəda etmiş şəhidlərin ruhu qarşısında baş əyiblər.

Sakinlər bildirib ki, Tovuzda yeni evlənənlərin əksəriyyəti toy günü şəhidlər xiyabanına gələrək bu addımı atırlar.