Çavuşoğlu Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi- FOTO
    • 8-11-2021, 11:19
    • 465

Çavuşoğlu Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi- FOTO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

News24.az xəbər verir ki, bununla bağlı Türkiyə XİN rəhbəri “Twitter”də paylaşım edib.

“Haqlı mübarizəsində qazandığı zəfərin ardından artıq Qarabağda Can Azərbaycanın bayrağı dalğalanır, xarıbülbül coşqu ilə çiçək açır. Qardaş Azərbaycanın Zəfər Günü qutlu olsun. Əziz Şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun”, deyə Türkiyəli nazir qeyd edib.