Zəfəri bizə bəxş edən igidlər
    • 8-11-2021, 11:24
    • 523

Zəfəri bizə bəxş edən igidlər

Bu gün Vətən müharibəsini, haqq savaşı, torpaqlarımızın işğaldan azad olunmasının ildönümüdür. Xalqımızın tarixində fəxarət, qürur, sevinc günüdür! İlk dəfə "Əziz Şuşa, sən azadsan" kəlmələrini eşitdiyimiz gündür. 

Ötən ilin bu günü yaşadığımız çoşğu, sevinc, qürur dolu anlar heç zaman hafizəmizdən, yaddaşımızdan silinməyəcək. İllər ötsə də, igid Azərbaycan oğullarının bizə bəxş etdiyi böyük Zəfər Günü hər il belə sevgi, belə sevinclə qeyd ediləcək. Bizə bu günü yaşadan oğulların zəhməti, cəsarəti, igidliyi dillərdə dastan olacaq.

Torpaqlarımızın bütövlüyü üçün canından keçən oğullarımızın xatirəsini ehtiramla anırıq. Qazilərimizə can sağlığı diləyirik!
Bu Zəfəri, bu müjdəni bizə yaşadan igidlər, haqqınız ödənməz!

News24.az