-
- 8-11-2021, 15:06
- 848
İran səfirliyi Azərbaycanı təbrik etdi
İranın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.
News24.az xəbər verir ki, bu barədə İran səfirliyinin rəsmi tviter hesabında yazılıb:
“İran səfirliyi dost, qardaş və qonşu Azərbaycan dövlətini və xalqını işğal olunmuş ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsinin, xüsusilə də İran-Azərbaycan müştərək sərhədlərinin 132 km-lik hissəsinin bərpa edilməsinin birinci ildönümü münasibətilə təbrik edir”.
Bununla yanaşı, İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanla əlaqələrə də toxunub.
“İran son 30 il ərzində Azərbaycan Respublikasının ərazilərinin işğalına qarşı olub və Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyib”, - deyə Xətibzadə qeyd edib.
Onun sözlərinə görə, iki ölkə lideri ölkələr arasında əlaqələri genişləndirmək məqsədilə iradə nümayiş etdirirlər.
“Azərbaycan və İranın xarici işlər nazirləri və digər rəsmi şəxslər arasında mütəmadi danışıqlar aparılır və əlaqələrin mümkün qədər inkişafını görəcəyimizdən ümid edirik”, - deyə Xətibzadə vurğulayıb.
“İran Azərbaycanı qələbəsinin birinci ildönümü münasibətilə təbrik edir. Ötən il də İran Azərbaycan ərazisinin işğaldan azad olunmasından sonra Azərbaycan dövləti və xalqını təbrik etdi”, -deyə İranın XİN rəsmisi əlavə edib.