-
- 5-10-2020, 11:41
- 517
XİN: İran Qarabağ münaqişəsinin həlli üçün layihə hazırlayıb
İran Qarabağ münaqişəsinin həlli üçün layihə hazırlayıb.
News24.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.
O deyib ki, hazırda layihə araşdırılır: “Bizim mövqeyimiz Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması və müzakirələrin başlanması üçün atəşkəsin bərpa edilməsidir”.
S. Xətibzadə qeyd edib ki, İranın bütün münaqişə tərəfləri və bölgədə olan digər tərəflərlə yaxşı əlaqələri var və bu baxımdan əlverişli mövqeyə malikdir: “Biz çalışdıq hər iki paytaxtla əlaqələr quraq. Ümid edirik ki, hazırlanmış layihəmiz çərçivəsində bu münaqişəyə son qoya biləcəyik”.