“Zəfər Günü” mövzusunda poçt markası dövriyyəyə buraxıldı
    • 8-11-2021, 15:10
    • 527

“Zəfər Günü” mövzusunda poçt markası dövriyyəyə buraxıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC “Zəfər Günü” mövzusunda poçt markası dövriyyəyə buraxıb.

Nazirlikdən News24.az-a bildirilib ki, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Müəllifi rəssam Orxan Qarayev olan poçt markası 40 min tirajla nəşr edilib. Poçt markası ilə yanaşı, 200 ədəd “Birinci gün” zərfi də hazırlanaraq çap olunub.