-
- 8-11-2021, 17:26
- 1 049
“Əllərimizdə səslənən igidlərin sözü” - Fotolar
Azərbaycan Milli Xalça Muzeyində “Söz” ədəbi layihəsi çərçivəsində “Əllərimizdə səslənən igidlərin sözü” adlı poeziya gecəsi keçirildi. Şanlı Qələbəmizin ildönümünə həsr olunan tədbir “Ümid var” Könüllülər Təşkilatının və Deaf Community MMC-nin təşkilatçılığı ilə baş tutdu.
News24.az xəbər verir ki, tədbirdə ölkəmizdə ilk dəfə olaraq eşitmə məhdudiyyətli şəxslər II Qarabağ müharibəsində iştirak edən igid əsgərlərimizin yazdıqları şeirləri jest dilində təqdim etdilər.
Tədbir əməkdar artist Fərqanə Qasımovanın solo ifasında səslənən dövlət himninin jest dilində təqdimatı ilə başladı. Tanınmış ictimai-siyasi xadimlərin, ziyalıların, dövlət nümayəndələrinin iştirakı ilə keçən tədbiri Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq zəfər bayramına həsr olunan belə bir tədbirə ev sahibliyi etmələrindən məmnun olduğunu bildirib.
Poeziya gecəsində çıxış edən təşkilatçılar “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, “Ümid var” könüllülər təşkilatının rəhbəri Nazilə Məhərrəmova, “Deaf Community” komandasının rəhbəri və layihənin aparıcısı Nuranə Abıyeva çıxış ediblər. Onlar çıxışlarında tədbirin sağlamlıq imkanları məhdud uşaqların ölkəmizin ictimai, sosial-mədəni həyatında iştirakına, cəmiyyətə inteqrasiyasına təkan vermək, onların qələbə sevinclərini, zəfər duyğularını özünəməxsus şəkildə ifadə etmələrinə imkan yaratmaq məqsədilə təşkil olunduğunu bildiriblər.
Tədbirdə “Şuşanın dağları" mahnısı və rəqsinin işarə dilində təqdimatı maraqla qarşılanıb.
Poeziya gecəsi boyu II Qarabağ müharibəsində qəhrəmanlıq göstərən igid şairlərimiz - Oğuz Alparslan, Eyvaz Əyyub, Orxan Səlifov, Nicat Ağayev, Səbuhi Qurbanov, Həsən Kür, Emin Piri, Cavid Əlioğlu, Tofiq Əhməd, Kərəm Aydın, Elvin İntiqamoğlu, Vusal Hətəmovun müəllifi olduğu hekayə və zəfər şeirləri Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin eşitmə məhdudiyyətli şagirdləri və "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi"nin gənc üzvləri tərəfindən jest dilinə tərcümə olunub. Bütün şeirlərin səslənməsi duyğulu anlar yaşadıb.
Şəhid-leytenant Teymur Abbaslının oğlu Feyruz ve Seyruz Abbasllıların da tədbirdə şəhid Hüseynov Xəyyamın şeirini səsləndirməsi ve jest dilinə tərcüməsi göz yaşları içində alqışlarla qarşılandı. Eyni zamanda bütün tədbir eşitmə məhdudiyyətli qonaqlar üçün surdo tərcüməçi Yeganə Tağıyeva tərəfindən tərcümə edilib.
Tədbirdə çıxış edən yazıçı-dramaturq Seyran Səxavət fərqli duyğular yaşadıgını, belə bir tədbiri bu vaxta qədər görmədiyini deyərək, bu poeziya gecəsinin bir necə missiyanı özündə birləşdirməsinə xüsusi diqqət çəkib.
Bayram tədbiri eşitmə məhdudiyyətli uşaqlarla 11 saylı xüsusi təhsil məktəbinin qələbəmizə həsr olunan “Qarabağ, azadsan” kompozisiyası ilə yekunlaşıb.